Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
27 Sentyabr - Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olundu

0

  •         Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun tapşırığına əsasən, rayonumuzda mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan
    qəhrəman Vətən oğullarının məzarları ziyarət edilir, şəhidlərimizin ailələri ilə, eləcə də döyüşlər zamanı yaralanan qazilərlə görüşlər keçirilir, onların problemləri ilə maraqlanılır.Bu mənada 27 Sentyabr - Anım Günü ərəfəsində Xocalı
    rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri
    ilə işin təşkili şöbəsinin məsul şəxsləri, rayonun bir qrup idarə, müəssisə rəhbərləri, ictimai fəallar Ağcabədi şəhər Şəhidlər Xiyabanında dəfn edilmiş Ordumuzunun əks-kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Miriyev Sənan Arif oğlunun, Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilmiş kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlunun, Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Nəsirov Xəqani Kamran oğlunun, Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş Dövlət Sərhəd xidmətinin kəşfiyyatçı giziri Ramazanlı Əlizamin Umud oğlunun məzarlarını ziyarət edərək, şəhidlərimizin ruhuna dərin ehtiram əlaməti olaraq məzarları üstünə gül dəstələri düzdülər. Şəhidlərimizin ruhuna dualar
    oxudular. Şəhid ailələri ilə görüş zamanı rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva və digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı zəfər
    qazanmasından, hərbçilərimizin qəhrəmanlığından danışıb.Həmçinin, şəhidlərimizin
    şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb.Görüşlər zamanı şəhid
    ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə
    çatdırılıb.Şəhid ailələri göstərilən
    yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban
    Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.











                           
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib57 dəfə
    27 sentyabr anım günü ərəfəsində şəhid ailələri ziyarət olundu

    Maraqlı gələ bilər
    49
    48
    57